Nəsimi rayonu ərazisində yerləşən iaşə obyektlərinin birində 3 nəfərin mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı K.Rüstəmov saxlanılıb.
Onun 67 yaşlı bir qadının mobil telefonunu dələduzluq yolu ilə ələ keçirməsi də müəyyən olunub.
Faktlarla bağlı araşdırma aparılır.