Bakı Apellyasiya Məhkəməsində iki yaşlı oğluna xəsarət yetirməkdə təqsirləndirilən Saqi Kərimovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saqi Kərimov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən il noyabrın 23-də Səbail rayonu ərazisində qeydə alınıb. Yevlax rayon sakini, 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimov xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.