Azərbaycanda zəlzələ oldu

İsmayllı rayonu ərazisində 3 maqnitudalı zəlzələ olub.

Bu barədə Stopnarkotik.az-a Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkan İsmayıllı stansiyasından 22 km şimalda yerli vaxtla 05:18-də qeydə alınıb və 9 km dərinlikdə baş verib.

Zəlzələ hiss olunmayıb.