Azərbaycanda ali təhsil alan İran vətəndaşlarının fahişəliklə məşğul olduğu müəyyən edilib.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, "MOUZE" teleqram kanalı bununla bağlı şok faktlar əldə edib.
Məlumatda qeyd olunur ki, bu tələbələr İran xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb ediliblər.
Onların burda ayrı-ayrı Azərbaycan vətəndaşlarını ələ almaq üçün təlimatlandırıldıqları və iş apardıqları bəlli olub.
Məlumata görə, həmin qadınlardan 11 nəfərin Azərbaycana girişinə qadağa qoyulub, 5 nəfər isə ölkədən deport edilib.
Kanal yaxın vaxtlarda məsələ ilə bağlı ətraflı məlumat yayacağını anons edib.