"Azərbaycanda 20 min nəfərdən artıq məhkum var".
Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.
Komitə sədri bildirib ki, Azərbaycan əhalinin 100 min nəfərinə düşən məhbus sayına görə dünyada 56-cı yerdədir: "Dünyada cinayət törətmiş şəxslərin sayına görə Amerika Birləşmiş Ştatları birinci yerdədir. Bu o deməkdir ki, Azərbaycanda kriminogen durum nəzarətdədir".