ATƏT-in keçmiş əməkdaşı casusluğa görə həbs edildi

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) keçmiş əməkdaşı casusluqda ittiham edilərək həbs olunub. 

Bu barədə özünü elan edən Donetsk Xalq Respublikasının (DXR) Ali Məhkəməsi qərar qəbul edib. 

ATƏT-in 56 yaşlı keçmiş əməkdaşı Vadim Qold 14 il müddətinə həbs edilib. O, cəzasını ümumi rejimli koloniyada şəkəcək. 

Qold ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının təhlükəsizlik üzrə köməkçisi olub. Müstəntiqlərin sözlərinə görə, 2021-ci ilin dekabrında məhkum DXR-də olub və xarici kəşfiyyat üçün respublikanın sənaye obyektləri haqqında məlumat toplayıb. Sonradan bu obyektlərə raket zərbələri endirilib, 96,9 milyon rubldan çox ziyan dəyib./"unikal"