Astarada torpaq uçqunu: körpü dağıldı - FOTOLAR

Sel suları Astara rayonunun Şağlazüzə kəndində bir sıra fəsadlar törədib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Şağlazüzə kəndində yolda torpaq uçqunu baş verib, Siyokəş kəndinə gedən körpü dağılıb. Pensər- Şağlazüzə-Şamətük kəndlərini birləşdirən yol çöküb. Nəqliyyatın hərəkəti dayanıb. Piyadalar kiçik yolla hərəkət edə bilir.

Şağlazüzə - Siyokəş yolunu birləşdirən körpü də dağılıb. Körpü və yolların dağılmasına görə şagirdlərin məktəbə gedişi çətinləşib.

Aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görülməsinə başlanıb. Vaqo körpüsü bərpa olunandan sonra Pensər - Şağlazüzə - Şamətük yoluna ağır texnikalar cəlb olunacaq.

Astarada yolda torpaq uçqunu olub, körpü dağılıb - FOTO