İyunun 29-da saat 21 radələrində Astara rayonunun Şüvi kəndi ərazisində 1967- ci il təvəllüdlü Namik Əhmədovun odlu silahdan açılmış atəş nəticesində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Astara rayon prokurorluğundan Stopnarkotik.az-a bildirilib ki, araşdırmalarla Astara rayonu Şüvi kənd sakini, 1983-cü təvəllüdlü Bəşir İsrafilovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Namik Əhmədovu odlu silahdan atəş açaraq qəsdən öldürməsi, daha sonra isə həmin silahla özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Bəşir İsrafilov xəstəxanaya yerləşdirilib və polis mühafizəsi altında saxlanmaqla ona tibbi yardım göstərilir.
***00:14
İyunun 29-da saat 22 radələrində Astara rayonunun Şüvi kənd sakini 1967-ci il təvəllüdlü Namik Əhədovun ov silahı ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Stopnarkotik.az xəbər verir ki, şəxsi münasibətlər zəminində cinayəti törətməkdə şübhəli bilinən həmkəndlisi 1983-cü il təvəllüdlü Bəşir İsrafilov daha sonra həmin ov silahı ilə özünə xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.