“Asılı insan qayğı və sevgi ilə müalicə olunmalıdır” – Keçmiş narkomanla MÜSAHİBƏ

Asılı insan necə hərəkət etməli, çətinə düşəndə nə etməlidir?

Müsahibimiz Dadaş uzun müddət narkotik asılılığından əziyyət çəkib. Sonradan “Qurtuluş” Reabilitasiya Mərkəzinə müraciət edən Dadaş, burada müalicə olunaraq sağalmağı bacarıb.

Daha sonra o, öz təcrübəsini narkomaniyadan əziyyət çəkən digər insanlarla bölüşərək, onların da asılılıqdan xilas olmasına çalışıb.

Buyurun, Dadaşın Stopnarkotik.az internet kanalına danışdığı həyat hekayəsini onun öz dilindən eşidin.

Verilişimizi 30 yanvar, saat 16:00-da Youtube kanalımızda və saytımızda canlı olaraq izləyə bilərsiniz.