Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin oktyabr ayı ərzində 28 aptekdə yoxlama aparılıb.
Bu barədə Stopnarkotik.az-a Mərkəzdən məlumat verilib.
Qeyd edilib ki, Bakı şəhəri üzrə 27, respublikanın digər şəhər və rayonlarında isə bir aptek olmaqla, 26 aptekdə planlı, 2 aptekdə plandan kənar təftiş aparılıb.
"Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi üzrə protokollar tərtib edilib", - deyə əlavə edilib.