ƏSGƏR ƏVƏZİNƏ DÜYÜ... - Rusiya-Koreya razılaşmasının bəzi detalları açıqlandı

Rusiya Ukraynadakı müharibədə iştirak etmək üçün qoşun və silah-sursat müqabilində Şimali Koreyaya ildə təxminən 600-700 min ton düyü göndərəcək.

Bu barədə “Korea Herald” qəzeti məlumat yayıb.

Cənubi Koreyanın Rusiya Federasiyasındakı keçmiş səfiri Ui Sonq Lak jurnalistlərə deyib ki, əvvəllər Moskva Pxenyana ildə 50-100 min ton düyü verirdisə, indi bunun miqdarı 600-700 min tona çatdırılacaq. KXDR rəsmi məlumatlara görə, hər il təxminən 4 milyon ton taxıl istehsal edir. Bu, lazım olandan 1 milyon ton azdır. Bu yolla Rusiya Federasiyası Şimali Koreyada aclıqla mübarizə apara bilər.

Bundan əlavə, Rusiya tərəfi Şimali Koreyaya kosmik texnologiyalar sahəsində kömək göstərməklə “təşəkkür” edə bilər. Xüsusilə, Rusiya Pxenyana yeni kəşfiyyat peykini buraxmağa kömək edəcək.

"Koreya yarımadasında nə vaxtsa müharibə başlasa, Şimali Koreya Rusiyanın köməyinə ümid edə bilər", - deyə Ui Son Lak əlavə edib.

Ukrayna və Qərb hakimiyyət orqanlarının məlumatına görə, Şimali Koreya Rusiyaya 10 minə yaxın hərbçi göndərib və onlar tezliklə Ukraynaya qarşı müharibəyə qoşula bilərlər./azpolitika.info