Tramp qələbə qazandı, İlon Maskın sərvəti 26 milyard dollar artdı

Amerikalı milyarder İlon Maskın sərvəti onun "Tesla” şirkətinin səhmlərinin artması fonunda 26,5 milyard dollar (+10%) artıb.

Bu barədə "Bloomberg” yazıb.

Respublikaçı Donald Trampın ABŞ seçkilərində qalib gəlməsindən sonra qiymətli kağızların qiyməti 15% artaraq bir səhm üçün 289 dollara çatıb.

İlon Maskın ümumi sərvəti 290 milyard dollara çatıb. O, Bloomberg Milyarderlər İndeksində birinci yerdədir. Reytinqdə ikinci yerdə ABŞ-da keçirilən prezident seçkiləri fonunda sərvəti 3% artaraq 228 milyard dollara çatan "Amazon”un yaradıcısı Ceff Bezosdur. Artım liderləri arasında həmçinin "Oracle"ın baş direktoru Larri Ellison (+5,4%) və investor Uorren Baffet (+5,4%) var.

Xatırladaq ki, Donald Tramp ABŞ prezident seçkilərində qalib gəlib və yanvarda vəzifəsinin icrasına başlayacaq. İlon Mask seçki kampaniyası zamanı onu fəal şəkildə dəstəkləyib və onun maliyyələşdirilməsinə 119 milyon dollar ayırıb./"qaynarinfo"