Xəbər verdiyimiz kimi, 14 noyabr tarixindən bəzi marşrutların fəaliyyətinin bərpa olunacağı ilə bağlı məlumatlar yayılıb.
Bu gün avtobusların işə düşməsi gözlənildiyi halda bəzi marşrut xətləri bərpa edilməyib. Bura daxil olan 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120, 125, 140, 149, 150, 160 və 141E marşrutlarının fəaliyyəti bərpa olunub.
Sərnişinlərin Milli.Az-a verdiyi məlumata əsasən, 18 və 77 nömrəli marşrutlar tam xətt üzrə işləmir.
Məsələ ilə bağlı AYNA-dan bildirilib ki, sözügedən marşrutlar ayın 22-dən sonra bərpa olunacaq.
"Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin ediləcək".
Qeyd edək ki, hazırda başlanğıc dayanacağı 9-cu mikrorayon olan 18 nömrəli avtobuslarının son dayanacaq məntəqəsi metronun "Elmlər Akademiyası" stansiyasıdır. 77 nömrəli marşrutun isə Yeni Yasamal yaşayış massivini Hüseyn Cavid prospekti (FHN) ilə əlaqələndirir.
***09:26
Bu gündən bir sıra marşrut xətlərinin fəaliyyəti bərpa edilib.
Stopnarkotik.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına əsasən, hərəkət sxemləri bərpa edilən xətt avtobuslarə bunlardır - 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120, 125, 140, 149, 150, 160 və 141E.
Hərəkət sxemləri metronun "Ulduz" stansiyasına müvəqqəti təyin edilən 118A, 118B, 148, 173A və 173B nömrəli marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil edilir.
Qeyd olunub ki, digər müntəzəm marşrutların fəaliyyətinin bərpa edilməsi prosesi də mərhələli şəkildə təmin olunacaq.
Xatırladaq ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 57 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib, 15 marşrut xəttinin fəaliyyəti dayandırılıb.