Amerikalı pilot İsrailin Vaşinqtondakı səfirliyi qarşısında özünü yandırıb.
Stopnarkotik.az azpolitika.info-ya istinadən xəbər verir ki, Aaron Bushnell adlı hərbçi hadisədən əvvəl video çəkərək bu sözləri dilə gətirib:“Mən artıq soyqırımın ortağı olmayacağam. Mənim özümü yandırmağım fələstinlilərin əzabları ilə müqayisədə çox kiçikdir".
O, daha sonra "Fələstini azad edin!" deyə qışqıraraq özünü yandırıb.
Qeyd edək ki, hərbçi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.