Amazon çayı da narkokartellərin cəngində - AMAZON "NATO"SU GÜNDƏMDƏ

Dünya narkotik bazarında mühüm yerlərdən birini tutan Kolumbiyanın narkotrafikinin güzərgahına Amazon çayı da daxildir. Kolumbiya hökumətinin bildirdiinə görə, Amazon çayı bölgəsində meşələrin qırılması, faydalı qazıntıları və yerli insanlara qarşı zorakılıqla qeyri-qanuni narkotik dövriyyəsi vüsət alıb. Stopnarkotik.az bildirir ki, bu səbəbdən Kolumbiya prezidenti cəngəlliyi “silahla” müdafiə etmək üçün “Amazon NATO”-su yaratmaq təklifini irəli sürüb.

Kolumbiya Prezidenti Qustavo Petro Urreqo çərşənbə axşamı Braziliyanın Belem şəhərində Amazon Əməkdaşlıq Müqaviləsi Təşkilatının (ACTO) Sammitində çıxışı zamanı təklif edib ki, “Amazon NATO”su ilə yanaşı, ərazidəki cinayətləri təqib etmək üçün bölgəni “silahla müdafiə edən” beynəlxalq ekoloji məhkəmə yaradılmalıdır.

“Amazon bölgəsi getdikcə daha çox qanunsuzluğa batırsa və insanlığa qarşı cinayəti təmsil edirsə, biz həyatı necə qoruya bilərik? Səbəblərlə, həm də silahlarla”, deyə Petro ifadə edir

O, həmçinin ərazidə cinayətlə mübarizə aparmaq üçün Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) bənzər bir “hərbi anlaşma” imzalamağı təklif edib və AKTO-nun səkkiz ölkəsindən olan elm adamlarının tropik meşələri tədqiq edəcəkləri “ümumi elmi tədqiqat mərkəzi”nin qurulmasını irəli sürüb.

Stopnarkotik.az