Almaniya Xarici İşlər Nazirliyi Berlindəki Rusiya səfirini çağıraraq ona hərbi attaşenin 72 saat ərzində ölkədən çıxarılmalı olduğunu bildirib.
Stopnarkotik.az xəbər verir ki, səfirlik əməkdaşı casusluqda və Rusiya xüsusi təyinatlı qüvvələri bölməsi ilə əlaqədə ittiham olunur.
"Bizim üçün Almaniyada, xüsusən də diplomatik status adı altında casusluq qəbuledilməzdir. Bu gün Rusiya səfirini çağırıb ona Rusiya Federasiyası adından casusluq edən şəxsin ölkədən çıxarılacağı barədə məlumat verdik", deyə Almaniya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
Stopnarkotik.az