“Ağır narkotiklərlə hərbi xidmətdə tanış oldum” – 6 İL NARKOTİK İSTİFADƏ EDƏN KƏNANDAN ŞOK AÇIQLAMALAR / VİDEO

“Dövlət televiziyasında çalışanda daha çox ağır narkotik istifadə edirdik”

Kənanın 25 yaşı var. Sumqayıt şəhərində anadan olub. 2016-cı ildən narkotik istifadə etməyə başlayıb. Deyir ki, narkotik aludəçisinə hərbi xidmətdə olduğu vaxtlarda çevrilib. 17-18 yaşına qədər ara-sıra içki içib, bəzi hallarda psixatrop dərmanlar atıb: “Hərbi xidmətdə isə ağır narkotiklərdən istifadə etməyə başladım”.

Müsahibimiz deyir ki, yaşadığı şəhərdə deyil, hərbi xidmət zamanı ağır narkotiki əldə etmək onun üçün daha asan olub. Bir neçə dəfə narkotik istifadə etdiyi üçün ələ keçsə də, müəyyən yollarla xilas olmağı bacarıb.

Hərbi xidməti başa vurduqdan sonra dövlət televiziyalarından birində çalışan Kənan, burada da narkomanların “kruq”una düşüb. Bir ildən çox bu televiziyada çalışıb və narkotik istifadə etdiyi rəhbərlik tərəfindən aşkara çıxarıldıqda, işdən qovulub.      

Artıq 11 aydır “ayıq” olan Kənan narkotik istifadə etdiyi təxminən 6-7 il əzrində başına gələnləri Stopnarkotik.az-a danışıb. Saat 20:00-da verilişimizi canlı olaraq izləməyi unutmayın.  

Müsahibədən bəzi sitatları oxucularımıza təqdim edirik:

“Adrenalin axtarışında idim, onu narkotikdə tapdım”

“Hərbi xidmət zamanı narkotiklə tutuldum, amma...”

“Narkoman üçün narkotik əldə etmək çətin deyil”

“Ağır narkotiklərlə hərbi xidmətdə tanış oldum”

“Dövlət televiziyasında çalışanda daha çox ağır narkotik istifadə etməyə başladım”

“Televiziyada narkotik istifadəçisi olan xanımla tanış oldum, bir yerdə yaşadıq...”

“Dəfələrlə polisə düşdüm, amma narkotik istifadəçisi üçün həbs olunmaq qorxulu deyil...”

“Ağır narkotiki tapanda sanki özümü tapdım”

“Narkotikin təsiri altında qəza törətdik, dostum və qız tanışı öldü...”

Stopnarkotik.az