Ağdaşda intihar: gənc oğlan özünü ekskavatordan asdı

Daşkəsən rayonunun Çovdar kəndində intihar hadisəsi qeydə alınıb.

Stopnarkotik.az xəbər verir ki, Ağdaş rayon sakini 29 yaşlı Süleymanov Səbuhi çalışdığı ərazidə özünü ekskavatordan asaraq intihar edib.

İntiharın səbəbləri hələ ki bəlli deyil.

Qeyd edək ki, mərhum ekskavator sürücüsü çalışırmış. O nişanlı olub, yaxın günlərdə toyu olacaqmış.

Faktla bağlı araşdırma aparılır.