ABŞ İrandakı aksiyaçılara Starlink terminalı ötürüb

ABŞ qaçaqmalçılıq yolu ilə İrandakı etirazçılara bir neçə min Starlink terminalı keçirib. Bu barədə “Wall Street Journal” məlumat verib.

Qəzetin məlumatına görə, İrana təxminən 6000 terminal çatdırılıb.

Yazıda qeyd olunur ki, son bir neçə ay ərzində ABŞ Dövlət Departamenti təxminən 7000 Starlink terminalı alıb ki, bu alışların da əksəriyyəti yanvar ayında baş tutub.

Stopnarkotik.az