ABŞ bu ölkəyə ordu göndərdi, istehkam qurur: HƏDƏF TÜRKİYƏDİR...

ABŞ-ın Suriyanın şimalında yerləşən ərazilərə 2500-ə yaxın əsgər və texnika yerləşdirib.

Bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzeti yazıb. Nəşrin müəlliflərinin fikrincə, ABŞ bunu Türkiyədə qadağan olunmuş Küridistan Fəhlə Partiyası yaraqlılarını qorumaq üçün edib.

Eyni zamanda, Ağ Ev nümayəndələri İran və Rusiyadan gələn təhdidlər ritorikasının arxasında gizlənirlər.

“Türkiyə hakimiyyəti ABŞ-ın dəstəklədiyi PKK-ya qarşı mübarizəni davam etdirir. Xüsusilə, Vaşinqton keçən həftə Suriyada PKK-nın yerləşdiyi bölgələrə 2500 əsgər göndərəcəyini bildirmişdi. Digər addımlarla yanaşı, Amerikanın bu bölgədə ciddi istehkam işləri apardığı ortaya çıxdı. Onlar PKK-nın təhlükəsizliyini təmin etmək istəyirlər”, - qəzet yazır./publika.az