Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 4-də 38 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 6,6 kiloqrama yaxın heroin, 27,3 kiloqramdan çox marixuana, 3,1 kiloqramdan çox tiryək, 1 kiloqramdan çox metamfetamin, həmçinin 5000 ədəd metadon həbi olub.