29 nəfər saxlanıldı, 9 kq narkotik, 120 ədəd həb ələ keçdi - ƏMƏLİYYAT + AUDIO

Yanvarın 22-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 154, o cümlədən borclu şəxs qismində axtarışda olan 125 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Əməliyyat tədbirləri ilə ümumi çəkisi 9 kiloqramdan artıq narkotik vasitə və 120 ədəd güclü təsiredici xassəyə malik həb də aşkar olunaraq götürülüb.

Stopnarkotik.az

***

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 22-də ümumi çəkisi 9 kiloqramdan artıq narkotik vasitə və 120 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.