"Start - 12” Reabilitasiya Mərkəzinin rəhbəri, Əməkdar idman ustası, planetin ən gənc boks mütəxəssisi Cavid Tağıyev 8 il narkotik asılılığından əziyyət çəkib.
Stopnarkotik.az xəbər verir ki, o, narkotik aludəçiliyindən xilas olduqdan sonra öz təcrübəsini gənc narkomanlarla bölüşərək, onların da normal həyata qayıtmasına dəstək olmağa çalışır. Bu məqsədlə yaradılan "Start - 12” Reabilitasiya Mərkəzinin yaxında – oktyabr ayında 2 yaşı tamam olacaq.
Rəhbərlik etdiyi mərkəzin 2 illik fəaliyyəti ilə bağlı “Stop narkotik”ə müsahibə verən C.Tağıyev deyir ki, bu müddətdə 100 nəfərə yaxın asılının normal həyata qayıtmasına dəstək olublar. O, bunu kifayət qədər uğurlu bir nəticə hesab edir.
“Biz elə bir iş görürük, elə bir mövqe tutmuşuq ki, burda özümüzə “dayan!” deməyəcəyik”, - vurğulayan Cavid Tağıyev bildirir ki, komanda olaraq məhz narkomaniya ilə mübarizə aparmaq üçün biraraya gəliblər.
Müsahibəsində narkotikə meyl edən yeniyetmə və gənclərlə yanaşı, valideynlərə də müraciət edən Mərkəz rəhbəri onları bəzi yanlışları etməməyə çağırıb.
Sonda cəmiyyət olaraq narkotik bəlasına qarşı mübarizə aparmalı olduğumuzu vurğulayan C.Tağlyev bu yolda onlara dəstək olan rəsmi şəxlərə də təşəkkürünü çatdırıb.
Müsahibə ilə daha ətraflı tanış olmaq üçün 09 avqust, saat 21:15-də “Stop narkotik”də verilişimizi izləməyi unutmayın.
Stopnarkotik.az