2022-ci ilin fevralında Yəmənin cənubunda, səfər missiyasından sonra Ədənə qayıdarkən naməlum silahlı şəxslər tərəfindən oğurlanmış BMT Təhlükəsizlik Departamentinin əməkdaşları sərbəst buraxılıb.
Stopnarkotik.az TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibinin ofisinin məlumatında deyilir.
“Baş katib 2022-ci il fevralın 11-də Yəməndə oğurlanmış BMT Təhlükəsizlik Departamentinin beş üzvü - Akma Sufiul Anam, Mazen Bavazir, Bakil əl-Mehdi, Məhəmməd əl-Mulaiki və Xaled Moxtar Şeyxin azad edilməsindən məmnundur. Mövcud məlumata görə, həmkarlarımızın hamısının səhhəti yaxşıdır”, - məlumatda vurğulanıb.