“10 dəfə həbs olunmuşam, çıxıb yenə narkotik istifadə etmişəm” - 8 il istifadəçi olan Elçin həyatını danışır

“Bircə onu bilirəm ki, o Elçin mən deyildim...”

“Oğurluq edib həbsə düşüdüm, çıxıb yenə narkotik istifadə edirdim”

“Narkotik mənim dəyərlərimi əlimdən aldı”

“Elə bilirdim ki, onu istifadə etdikdə problemlərdən azad olacam...”

Elçinin 26 yaşı var. 17 yaşından narkotik istifadə edib. 8 il dözülməz həyat yaşayan həmsöhbətimiz çox çətin şərtlər altında sağalmaq qərarına gəlib. Bu məqsədlə “Sağlam yaşa” Reabilitasiya Mərkəzinə üz tutub.

Artıq 17 aydır “ayıq” olan Elçin “Stop narkotik”ə müsahibəsində həyatını danışıb.

Buyurun, izləyin, verilişimizi paylaşmağı, kanalımızı bəynməyi unutmayın.

Müsahibədən bəzi sitatlar:

“Gözümü açdım ki, narkomanam...”

“Atam və anamın münasibəti məni evdən uzaqlaşdırırdı...”

“Atam rəhmətə gedəndən sonra düşündüm ki, ailənin məsuliyyətini üzərimə götürmək mənim üçün çətin olacaq...”
“Dəfələrlə müalicə alsam da, uğursuz oldu”

 “Oğurluq üstündə 10 dəfə həbsdə olmuşam...”

“Nə narkotiklə, nə də n@rko₺iksiz yaşaya bilmirdim”

“Sifətim yara içində idi, qaşlarım tökülmüşdü...”

“Sağalmaq haqda qərarı narkotikin təsiri altında verdim”

Stopnarkotik.az