Azərbaycanda dələduzluğun ümumi mənzərəsi ilə bağlı Stopnarkotik.az saytında 2024-cü ilin sentyabr ayından etibarən hər ay məlumat verməkdəyik.
Ümumi statistik göstəricilərə əsasən deyə bilərik ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil, əksinə, ölkəmizdə dələduzluq halları sürətlə artmaqdadır. Hətta təkcə son bir neçə ayda Daxili İşlər Nazirliyi (DİN) tərəfindən açıqlanan rəsmi informasiyalara istinadən bu qənaətə gəlmək mümkündür ki, bu sahədə SOS siqnalı verməyin zamanıdır. Əks təqdirdə, vəziyyət günbəgün daha acınacaqlı duruma gəlib çata bilər.
Stopnarkotik.az-ın araşdırmasına əsasən, Azərbaycanda ötən ilin sentyabrında 127, oktyabrda 148, noyabrda 238, ilin son ayında – dekabrda 217, 2025-ci ilin ilk ayında - yanvarda 141, fevralda 241, martda isə ümumilikdə 309 dələduzluq faktı aşkar olunub.
Aprel ayının ümumi statistik göstəricilərinə gəldikdə isə, qeyd edə bilərik ki, ötən ay dələduzluq hallarının fevrala nisbətən 2 dəfə azaldığı müşahidə olunur. Yəni DİN-in rəsmi açıqlamalarına istinadən deyə bilərik ki, apreldə ölkəmizdə 153 dələduzluq faktı aşkarlanıb.
Aşağıdakı linkə daxil olaraq, bu haqda daha ətraflı məlumat ala bilərsiniz:
P.S. Bir daha qeyd edək ki, təqdim etdiyimiz göstəricilər sadəcə Stopnarkotik.az saytının aşkarladığı məlumatlardır və əməkdaşlarımızın diqqətindən qaçan, eləcə də mətbuata açıqlanmayan faktların rəsmi statistik rəqəmlərdən 5-7 dəfə çox olduğunu da nəzərə alsaq, ölkədə dələduzluq hallarının ciddi problemə çevrildiyini deyə bilərik.
Stopnarkotik.az