Zurabişvili prezident sarayını tərk edəcəyini açıqladı

Salome Zurabişvili bəyan edib ki, Gürcüstanın yeni seçilmiş dövlət başçısı Mixail Kavelaşvilinin vəzifəsinin icrasına başladıqdan sonra prezident sarayını (Orbeliani sarayı) tərk edəcək.

Bu barədə "Sputnik Gürcüstan" xəbər verib.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən bir qrup etirazçı prezident sarayının qabağına yığışıb.

Öz növbəsində, onların qarşısına çıxan S.Zurabişvili Orbeliani sarayını tərk edəcəyini açıqlayıb.