Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə hökumətindən icazə almadan Latviya, Litva və Estoniyaya səfər edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətindən məlumat verilib.
“Salome Zurabişvilinin Baltikyanı ölkələrə səfər etmək icazəsi yox idi”, - deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.
Qeyd edək ki, sentyabrın 25-də Zurabişvili administrasiyası Gürcüstan liderinin Baltikyanı ölkələrə səfərə getdiyini açıqlayıb.
Xatırladaq ki, bundan əvvəl Gürcüstan lideri Berlin, Brüssel və Parisə səfər edib, burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum oldu ki, respublika hökuməti onun həmin səfərlərinə razılıq verməyib. Bu, Zurabişvilini ölkənin fundamental qanunlarını pozmaqda ittiham edilməsi və onunla bağlı impiçment proseduruna başlanılmasına səbəb olub.