Zaqatalada qadını vurub qaçan sürücü TUTULDU

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Belə ki, qadını vuraraq öldürən sürücü hadisə yerindən qaçmışdı.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 59 yaşlı Südabə Mürsəliyevanı avtomobillə vurub hadisə yerindən qaçan sürücünün rayonun Muxax kənd sakini, 1958-ci il təvəllüdlü Fikrət Mahmud oğlu Ramazanov olması müəyyən edilib.

O, idarə etdiyi "VAZ -2106" markalı avtomobillə birlikdə saxlanılıb.