Abşeronda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Masazır qəsəbəsində altımərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 75 m² olan 2 otaqlı mənzilin mətbəxində 2 m² sahədə məişət əşyaları yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 12 m² sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.