“Yaponçik”in qatillərindən birinə hökm oxundu

Moskva Şəhər Məhkəməsi qanuni oğru Vyaçeslav İvankovu (“Yaponçik” kimi tanınır) qətlə yetirməkdə təqsirli bilinən 46 yaşlı Nuqzar Papavaya hökm çıxarıb.

İstintaq müəyyən edib ki, Papava şəxsi maraqları üçün “Yaponçik”i öldürmək məqsədi ilə mütəşəkkil cinayətkar qrupa qoşulub. 

Təqsirləndirilən şəxs İvankovu izləyib və 28 iyul 2009-cu ildə sifarişçinin onu vurmaq tapşırığını Astamur Butbaya çatdırıb.

Məhkəmənin qərarı ilə o, 16 il müddətinə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzalandırılıb. Butbaya qarşı iş də Moskva Şəhər Məhkəməsində aparılır.

Bildirilir ki, “Yaponçik”in qətlindən sonra Butba və Papava Rusiyanı tərk edib, 2021-ci ildə vətənləri Abxaziyada saxlanılıblar. Lakin Abxaziya ölkə konstitusiyasında nəzərdə tutulmadığını əsas gətirərək onları ekstradisiya etməkdən imtina edib./lent.az