Salyanda yanan avtomobili söndürən Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarını maşın vurub, biri ölüb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində yanan “Mersedes” markalı yük avtomobilini söndürən FHN-in Salyan Yanğından Mühafizə Xidmətinin əməkdaşlarını avtomobil vurub.
Nəticədə 42 yaşlı Neftçala rayonunun Şorkənd kənd sakini Hakim Piriyev hadisə yerində ölüb. Digər əməkdaş xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.