İyunun 27-də və 28-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 188 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 9934 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.