Yabanı halda bitən 13,4 ton çətənə kolu məhv edildi

İyunun 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 140 ədəd çətənə kolu aşkar edilərək götürülüb, yabanı halda bitmiş 13,4 ton çəkidə 47152 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.