Xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirləndirilən Kamran Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Kamran Məmmədli 10 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi ilə bağlı dövlət ittihamçısı təqsirləndirilən şəxsin 18 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, K.Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.