Abşeron rayonunda gənc qız intihar edib.
Hadisə bu gün rayonun Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə, bina 41-də qeydə alınıb.
Belə ki, 16-17 yaşlı qız yaşayış binasından özünü ataraq öldürüb.
Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.
İlkin məlumata görə, gənc qızın həmin binada yaşamadığı ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır./report
***15:30
Abşeronda intihar hadisəsi olub.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, "Kristal Abşeron"da baş verib. Ad və soyadı hələlik bilinməyən qadın özünü binadan ataraq, həyatına son qoyub.
Faktla bağlı araşdırma aparılır.