Xaçmazda iki avtomobil toqquşub.
Stopnarkotik.az xəbər verir ki, rayonun Yalama kəndi ərazisində "VAZ-21010" və "KİA" markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı hər iki avtomobilin sürücüləri, Hidayətov İsrafil Şahbaz oğlu və Mirzəquliyev Orxan Rüfet oğlu hadisə yerində ölüblər.
Hər iki sürücünün meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin yerli rayon bölməsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.