Əvvəlcə özünü körpüdən atmaq istədi, daha sonra... - NƏRİMANOVDA ÖZÜNÜ AVTOMOBİLİN QARŞISINA ATAN QIZ AĞIR XƏSARƏT ALDI

Bakının Nərimanov rayonunda körpüdən özünü atmaq istəyən qızı maşın vurub.

Stopnarkotik.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

1999-cu il təvəllüdlü Qəhrəmanova Günel Zaman qızı körpüdən özünü atmaq istəyib. O, sonradan fikrindən daşınaraq özünü avtomobilin qarşısına atıb. Maşın vurması zamanı xəsarət alan G.Qəhrəmanova xəstəxanaya yerləşdirilib.