Vladimir Zelenski “Azovstal” döyüşçüləri ilə Türkiyədən qayıdır. Stopnarkotik.az-ın verdiyi məlumata görə, Ukrayna prezidenti Vladimir Zelenski özünün Telegram kanalında bildirib ki, o, rus əsirliyindən xils edildikdən sonra Türkiyədə olan Azovstalı müdafiə edən hərbçilərlə birlikdə qayıdır.
Türkiyə Prezidenti Ərdoğanın vasitəçiliyi ilə baş tutan razılaşmaya əsasən, beş ukraynalı komandir müharibənin sonuna qədər “tam təhlükəsizlik və rahatlıq içində” Türkiyədə qalmalı idi, lakin prezident Zelenski türk həmkarını onları evlərinə buraxmağa razı salıb.
Stopnarkotik.az