Şirvanda üzərinə mişar daşı düşən fəhlə ölüb.
Baş Prokurorluqdan Stopnarkotik.az-a verilən məlumata görə, iyulun 23-ü Şirvan şəhərində yerləşən iaşə obyektlərindən birində 2001-ci il təvəllüdlü Nəriman Əhmədovun fəhlə kimi divar söküntüsü işini icra edən zaman üzərinə mişar daşları düşüb.
O, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.