Ukraynanın 1 avqust tarixinə olan dövlət borcu 4,86 trilyon qriven, və ya 132,92 milyard dollar təşkil edib. Bu da Ukrayna tarixində rekorddur.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Ukraynanın Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, iyul ayında dövlət borcu 146,3 milyard qriven, başqa sözlə, 4 milyard dollar artıb.