Ukrayna hökuməti əkiləcək hər bir koldakı ştrix-koda qədər çətənənin tibbi məqsədlər üçün istehsalı və satışına ciddi nəzarət edəcək.
Stopnarkotik.az xəbər verir ki, 2021-ci ildə bu narkotikin leqallaşdırılması ilə bağlı qanun layihəsinin təşəbbüskarı olan Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiyası üzrə baş nazirin müavini Olqa Stefanişina bu haqda bildirib.
“Tələblər çox sərt olacaq. Tibbi çətənənin yalnız qapalı şəraitdə, yəni istixanalarda yetişdiriləcəyini yazmışdıq. Binaları təchiz etmək, hər bir kolun ştrix-kodunu təmin etmək, video nəzarət etmək lazımdır. Bütün bunlar qanunda yazılıb”, deyə o bildirib.
Stefanişina əlavə edib ki, “bu dərman”dan qeyri-qanuni istifadəyə, becərməyə, yenidən satmağa görə cəza narkotik vasitələrin satışı ilə eyni olacaq. Eyni zamanda, istehsal üçün lisenziyanın dəyəri spirt və tütün məmulatlarının istehsalı ilə eyni, təxminən 800 qriven (təxminən 22 dollar) olacaq. Bu lisenziyaların Dövlət Tibb Xidməti tərəfindən veriləcəyi planlaşdırılır.
Stopnarkotik.az