Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO

Daha bir azərbaycanlı Ukraynada gedən döyüşlərdə həlak olub.

Stopnarkotik.az "qafqazinfo”ya istinadən xəbər verir ki, əslən Biləsuvar rayonundan olan 1975-ci il təvəllüdlü Nəhmədov Xalıq Fəzail oğlu Rusiya vətəndaşı olub.

X. Nəhmədov 20 il Rostov şəhərində yaşayıb. O, burada ticarətlə məşğul olub. Son 1 ildə isə orduya çağırılmışdı.

Ailəli idi, iki övladı var.