4 may 2023-cü il cümə axşamı axşam Kiyev səmasında "Bayraktar TB2" pilotsuz təyyarəsi vurulub. O, planlı uçuş zamanı idarəetməni itirib.
Stopnarkotik.az "Unian"a istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri PUA-nın paytaxt səmasında nəzarətsiz qalmasının arzuolunmaz nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
"Mayın 4-də saat 20:00 radələrində Kiyev vilayətində planlaşdırılmış uçuş zamanı "Bayraktar TB2" PUA idarəetməni itirib. PUA-nın paytaxt səmasında nəzarətsiz qalması arzuolunmaz nəticələrə səbəb ola biləcəyi üçün vurulması qərara alınıb. Hədəf məhv edilib”, - məlumatda deyilir.
Hərbi Hava Qüvvələri insidentin pilotsuz təyyarənin texniki nasazlığından yarandığını deyib, indi bunun səbəbləri müəyyənləşdirilir. Bildirilir ki, aparılan döyüş işləri və PUA-nın qalıqlarının düşməsi nəticəsində ölən və xəsarət alan yoxdur.