Ukrayna Silahlı Qüvvələri Krımda hərbi hissəni vurub.
Bu barədə “РБК Україна” məlumat yayıb.
Qeyd olunub ki, Simferopol vilayətinin Perevalnoye kəndində yerləşən Qara dəniz donanmasının 126-cı Əlahiddə Mühafizə Sahil Müdafiə Briqadasının hərbi hissəsinə zərbə endirilib.
Zərbə nəticəsində üç rus əsgərinin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilib.