Ucar sakini tir tüfəngindən açılan atəş nəticəsində yaralandı

Ucar sakini tir tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən Stopnarkotik.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Ucar rayonunun Alpout kənd sakini T.Tağıyevin tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

İlkin araşdırma hadisənin rayonunun Məlikballı kənd sakini X.Xəlilzadənin əlində olan tir tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verdiyini müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.