Ucar sakini qardaşı oğlunu bıçaqladı

Ucarda bıçaqlanma hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib. Aralarında yaranmış münaqişə zamanı əmi qardaşı oğluna bıçaqla ağır xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, rayonun Qaradağlı kənd sakini, 1998-ci il təvəllüdlü Yasin Nail oğlu Həşimovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə Ucar Rayon Polis Şöbəsinə məlumat daxil olub. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən sonuncunun əmisi, 1960-ci il təvəllüdlü Səməndar Həşimov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.