Türkiyəyə məxsus balıqçı gəmisi atəşə tutuldu - YARALILAR VAR

Türkiyənin Adana Karataş limanından üzən "Mahmutcan-1" balıqçı gəmisi beynəlxalq sularda hərəkət edərkən Suriya hökumətinin təhlükəsizlik qüvvələrinə məxsus 2 gəmi tərəfindən atəşə tutulub. 

Stopnarkotik.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 balıqçı yüngül xəsarət alıb.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç hadisəni qınayıb.

“Beynəlxalq sularda baş verən və Samandağ Respublika prokurorluğunun istintaq obyekti olan bu kədərli hadisəni izləyəcəyik”.