Türkiyənin Akkuyu Atom Elektrik Stansiyasının işə salınması təxirə salınır.
Belə ki, Türkiyənin energetika naziri Alparslan Bayraktar ölkənin ilk nüvə elektrik stansiyası olan Akkuyuda ilk reaktorun işə salınmasının gözləməli olacağını bildirib.
Rusiya ilə ilkin razılaşmaya görə, stansiya ilk enerjisini 2025-ci ilin aprel ayında istehsal etməli idi. Lakin bu müddət ləngidi. Nazirin sözlərinə görə, koronavirus pandemiyası, müxtəlif sanksiyalar və lazımi avadanlıqların çatdırılmasında çətinliklər kimi xarici amillər işə salınmanı təxirə salıb. Məsələn, Almaniyanın Siemens şirkəti artıq ödənilmiş turbinləri təchiz etməkdən imtina edərək layihəni təxminən il yarım təxirə salıb. Bundan əlavə, yanvar ayında Qazprombanka qarşı sanksiyalar tətbiq edildiyi üçün ABŞ Türkiyənin Rosatoma ödəyəcəyi vəsaitlərini dondurub.
Buna baxmayaraq, Türkiyə tərəfi nikbindir və ilk enerji blokunu 2026-cı ildə istifadəyə vermək üçün fəal şəkildə çalışır, qalan blokların isə 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Bayraktar vurğulayıb ki, bu layihə təkcə enerji üçün deyil, həm də Türkiyənin nüvə sektorunda unikal texnologiyalar və təcrübə əldə etməsi üçün son dərəcə vacibdir.
Stopnarkotik.az