Türkiyədə sərhədi qanunsuz keçmək istəyən 6 FETÖ üzvü saxlanıldı

Suriya və İraqdan Türkiyəyə, Türkiyədən isə Yunanıstana qanunsuz yolla keçmək istəyən 25 şəxs, o cümlədən 6 FETÖ-çu saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, saxlanılanlardan 4-ü PKK, KCK, PYD, YPG terror təşkilatının üzvləridir.